Müəllif hüquqları və digər bildirişlər
UYĞUNLUQ BƏYANNAMƏSİ
Bununla, NOKİA KORPORASIYASI bildirir ki, bu RM-721 məhsulu 1999/5/EC Direktivinin əsas tələblərinə və digər müvafiq
göstərişlərinə cavab verir. Uyğunluq Bəyannaməsinin surətini http://www.nokia.com/phones/declaration_of_conformity/
internet saytında əldə etmək olar.
© 2010 Nokia. Bütün hüquqlar qorunur
Nokia, Nokia Connecting People, Nokia Messaging və Nokia Original Enhancements Nokia Korporasiyasının əmtəə nişanları
və ya qeydiyyata alınmış əmtəə nişanlarıdırlar. Nokia tune Nokia Corporation-ın səs nişanıdır. Bu sənəddə qeyd edilən digər
məhsulların və ya şirkətlərin adları onların müvafiq sahiblərinin əmtəə adları və ya əmtəə nişanları ola bilər.
Bu sənəddə göstərilən məlumatın Nokia şirkətinin əvvəlcədən alınmış yazılı razılığı olmadan hər hansı şəkildə müəyyən bir
qisminin və ya tam surətinin çıxarılması, köçürülməsi, yayılması və ya saxlanılması qadağan edilir. Nokia daimi inkişaf
siyasətini tətbiq edir. Nokia bu sənəddə göstərilən istənilən məhsula əvvəlcədən xəbərdarlıq etmədən dəyişiklik etmək və ya
təkmilləşdirmək hüququna malikdir.
Includes RSA BSAFE cryptographic or security protocol software from RSA Security.
Müəllif hüquqları və digər bildirişlər
39
Java and all Java-based marks are trademarks or registered trademarks of Sun Microsystems, Inc.
Bu məhsul MPEG-4 Vizual Patent Portfel Lisenziyası əsasında (i) MPEG-4 Vizual Standarta əsasən şifrələnmiş məlumatın
şəxsi və ya qeyri-kommersiya fəaliyyəti ilə məşğul olan istehlakçının şəxsi və ya qeyri-ticari xarakterli istifadəsi və (ii) lisenziyalı
video provayderi tərəfindən təqdim edilmiş MPEG-4 videodan istifadə üçün lisenziya verilib. Başqa heç bir istifadə üçün
lisenziya verilmir və ya tətbiq edilmir. Təbliğat, daxili və kommersiya məqsədli istifadə ilə bağlı ətraflı məlumat MPEG LA, LLC-
dən əldə edilə bilər. http://www.mpegla.com saytına baxın.
MÜVAFİQ QANUNVERİCİLİKDƏ İCAZƏ VERİLƏN MAKSİMUM DƏRƏCƏDƏ NOKİA, YA DA ONUN HƏR-HANSI BİR
LİSENZİYALAŞDIRANI HƏR-HANSI MƏLUMATIN, GƏLİRİN İTMƏSİ VƏ YA HƏR-HANSI XÜSUSİ, TƏSADÜFİ,
ƏHƏMİYYƏTLİ, VƏ YA DOLAYI YOLLA VURULAN ZİYANLARA GÖRƏ HEÇ BİR MƏSULİYYƏT DAŞIMIR.
BU SƏNƏDIN MƏTNI "OLDUĞU KIMI" TƏQDIM EDILIR. MÜVAFIQ QANUNVERICILIYIN TƏLƏBLƏRI ISTISNA OLMAQLA,
BU SƏNƏDIN DƏQIQLIYI, ETIBARLILIĞI VƏ YA MƏTNINƏ DAIR HEÇ BIR BIRBAŞA VƏ YA ƏLAQƏLƏNDIRILMIŞ
ZƏMANƏT, O CÜMLƏDƏN (LAKIN BUNUNLA MƏHDUDLAŞDIRILMADAN) ƏMTƏƏ VƏZIYYƏTI VƏ XÜSUSI
MƏQSƏDLƏR ÜÇÜN YARARLIĞINA DAIR ƏLAQƏLƏNDIRILMIŞ ZƏMANƏT VERILMIR. NOKIA ISTƏNILƏN VAXT BU
SƏNƏDIN ƏVVƏLCƏDƏN XƏBƏRDARLIQ ETMƏDƏN DƏYIŞDIRILMƏSI VƏ YA ISTIFADƏDƏN ÇIXARILMASI
HÜQUQUNA MALIKDIR.
Bəzi məhsulların, qoşma proqramların və xidmətlərin mövcudluğu regiondan asılı olaraq fərqlənə bilər. Xahiş olunur ki, əlavə
məlumat üçün və dil seçiminin mövcudluğu ilə bağlı öz Nokia dilerinizə müraciət edəsiniz. Bu cihazda ABŞ və digər ölkələrin
ixracat qanun və qaydalarına tabe olan əşya, hər-hansı bir texnologiya, və ya proqram ola bilər. Qanunvericiliyə zidd olan
yayınmalar qadağan edilir.
Sizin cihazınızla birgə verilən üçüncü tərəfin proqramları ola bilsin ki, Nokia ilə heç bir əlaqəsi, və ya ona aidiyyəti olmayan
şəxslər, ya da müəssisələr tərifindən istehsal olunublar. Nokia üçüncü şəxslərin qoşma proqramları ilə bağlı müəlliflik
hüquqlarına və ya əqli mülkiyyət hüquqlarına malik deyil. Bununla bağlı olaraq Nokia bu proqramların son istehlakçı dəstəyi,
proqramların işləməsi və ya onların daşıdığı məlumat ilə bağlı heç bir məsuliyyət daşımır. Bu üçüncü-tərəf proqramlarla bağlı
Nokia zəmanət vermir.
SİZ GƏBUL EDİRSİNİZ Kİ, PROQRAM VƏ/VƏ YA QOŞMA PROQRAMLAR (BİRLİKDƏ PROQRAMLAR) OLDUĞU KIMI
BİRBAŞA VƏ YA İCBARI ZƏMANƏTSİZ VƏ TƏTBİQ EDİLƏN QANUNVERİCİLİYİN YOL VERDİYİ MAKSİMUM DƏRƏCƏDƏ
TƏMİN EDİLİR. NOKİA ŞİRKƏTİ VƏ ONUN FİLİALLARI HEÇ BİR TƏSDİQ VƏ YA BİRBAŞA YAXUD İCBARİ ZƏMANƏT
VERMİR, O CÜMLƏDƏN PROQRAMIN ADI, SATIŞ VƏ YA MÜƏYYƏN MƏQSƏD ÜÇÜN YARARLIĞINA VƏ YA
PROQRAMIN ÜÇÜNCÜ ŞƏXSLƏRİN PATENT, MÜƏLLİFLİK, ƏMTƏƏ NİŞANLARI İLƏ BAĞLI VƏ DİGƏR HÜQUQLARININ
POZULMAYACAĞINA DAİR ZƏMANƏT VERMİR.
KANADA FCC/SƏNAYE BİLDİRİŞİ
Sizin cihaz televizor, və ya radio üçün əngəl törədə bilər (məsələn, telefondan qəbuledici avadanlığa yaxın məsafədə olarkən
istifadə zamanı). FCC, və ya KANADA SƏNAYE BİLDİRİŞİ belə əngəllərin aradan qaldırılması mümkün olmadıqda, sizdən
telefondan istifadəni dayandırmağı tələb edə bilər. Sizə yardım lazım olduqda, öz yerli xidmət idarənizlə əlaqə saxlayın. Bu
cihaz FCC qaydalarının 15 bəndinə uyğundur. Əməliyyat aşağıdakı iki vəziyyətə cavab verir: (1) Bu cihaz ziyanlı əngəl
yaratmaya bilər, və (2) bu cihaz arzu olunmaz əməliyyat yarada biləcək əngəl də daxil olmaqla, hər-hansı bir alınmış əngəli
qəbul etməlidir. Nokia tərəfindən icazə verilməmiş hər-hansı bir dəyişiklik, və ya modifikasiya istifadəçini bu cihazı işlətmək
hüququndan məhrum edə bilər.
40
Müəllif hüquqları və digər bildirişlər
/Məsələ 1.2 AZ