Potensial partlayıcı mühit
Mümkün partlayış ola biləcək hər hansı mühitlərdə cihazınızı söndürün. Dərc olunmuş bütün təlimatlara əməl edin. Belə
ərazilərdə qığılcımlar bədən xəsarəti və ya ölümlə nəticələnən partlamaya yaxud yanğına səbəb ola bilər . Telefonu xidmət
stansiyalarında olan qaz nasosları kimi yanacaq stansiyalarında söndürün. Yanacaq depolarında, saxlama və paylama
məntəqələrində, kimyəvi zavodlarda və ya partlayış əməliyyatları keçirilən ərazilərdə məhdudiyyətlərə riayət edin. Potensial
partlayış atmosferi olan ərazilər həmişə olmasa da çox vaxt aşkar qeyd edilirlər. Buraya nəqliyyat vasitənizin matorunu
söndürülməsi məsləhət görülən ərazilər, qayıqlarda göyərtədən aşağı hissə, kimyəvi maddələrin ötürüldüyü və ya saxlandığı
binalar daxildir, belə yerlərdə havada kimyəvi maddələr və atom, toz, və ya metal tozları kimi hissəciklər olur. Maye qazla
işləyən avtomobil istehsalçılarına bu cihazın həmin avtomobillərin yaxınlığında istifadə eilib edilməyəcəyini soruşmalısınız.