Nokia C2 01 - Sertifikat barədə məlumat (SAR)

background image

Sertifikat barədə məlumat (SAR)
Bu mobil cihaz radio dalğalara məruz qalma təlimatlarına cavab verir.

Sizin mobil telefon radio qəbul ötürücüsü və edicisidir. Bu cihaz beynəlxalq qaydalar tərəfindən tövsiyyə edilmiş radio tezliyinə

məruz qalma limitlərini aşmayan cihaz kimi hazırlanmış və istehsal edilmişdir. Bu təlimatlar İCNİRP müstəqil elmi təşkilat

tərəfindən yaradılıb, belə ki, yaş həddi və sağlamlıq nəzərə alınmadan, hər bir kəsin müdafiəsini təmin etmək üçün hazırlanan

təhlükəsizlik qaydalarından ibarətdir.

Mobil cihazlar üçün təsir standartı olaraq Xüsusi Absorbsiya Dərəcəsi (SAR) kimi tanınan ölçü vahidi istifadə edilir. ICNIRP

təşkilatının təlimatında göstərilmiş SAR həddi 2.0 vat/kilogramdır (v/kg) 10 qram toxuma ortalamaqla. SAR üçün testlər bütün

sınaqdan keçirilmiş tezlik diapazonlarında cihaz ən yüksək təsdiq edilmiş güc səviyyəsində məlumatı ötürərkən standart iş

vəziyyətində keçirilir. İstifadə edilən qurğunun SAR səviyyəsi maksimal dərəcədən aşağı ola bilər, çünki qurğunun ancaq

şəbəkə ilə əlaqə yaratmaq üçün enerji verməsi tələb olunur. Bu rəqəm bir sıra faktorun təsiri ilə dəyişir; məsələn sizin şəbəkə

baza stansiyasına nə qədər yaxın məsafədə olmağınızdan asılıdır.

Bu cihazın qulaqda istifadəsi üçün ICNIRP təşkilatının təlimatında göstərilən ən yüksək XAD dərəcəsi belədir 1,20 Vt/kq .

Cihaz aksessuarlarının istifadəsi SAR dərəcəsinə təsir edə bilər. Milli hesabatçılıq tələblərindən və şəbəkə diapazonundan

asılı olaraq SAR dərəcələri fərqlənə bilər. SAR barədə əlavə məlumat mal haqqında məlumatın ardınca www.nokia.com

saytında verilə bilər.