Nokia C2 01 - Təcili yardım zəngləri

background image

Təcili yardım zəngləri
Təcili yardım zənginin edilməsi
1

Cihazın işlək vəziyyətdə olmasını təmin edin.

2

Müvafiq siqnal intensivliyini yoxlayın. Siz həmçinin aşağıdakıları etməli ola bilərsiniz:

SIM kart daxil edin.

Cihazınız üçün aktivləşdirdiyiniz zənglərin qadağan edilməsi, müəyyən nömrələrin yığılması və ya bağlı istifadəçi

qrupu kimi zəng məhdudiyyətlərini ləğv edin.

Cihazınızın oflayn və ya uçuş profilində olmadığından əmin olun.

3

Ekranı təmizləmək üçün lazım olan qədər bitirmə düyməsini basın.

4

Olduğunuz yerin rəsmi təcili yardım nömrələrini daxil edin. Təcili yardım nömrələri ərazidən asılı olaraq fərqlənir.

5

Zəng düyməsini basın.

38

Məhsul və təhlükəsizlik üzrə məlumat

background image

6

Tələb olunan məlumatı mümkün qədər dəqiq verin. İcazə verilənədək zəngi bitirməyin.

Mühüm: Cihazınız internet zənglərini dəstəkləyirsə, həm mobil zəngləri, həm də internet zənglərini aktivləşdirin.

Cihaz həm mobil şəbəkə, həm də internet zəng xidməti provayderiniz ilə təcili zəng etməyə çalışa bilər. Hər şəraitdə bağlantıya

təminat verilmir. Təcili tibbi yardım kimi əhəmiyyətli əlaqələr üçün heç vaxt yalnız simsiz cihaza etibar etməyin.