Bluetooth simsiz texnologiyası
Bluetooth texnologiyası sizə cihazınızı radiodalğalardan istifadə edərək uyğun olan
Bluetooth cihazına 10 metrə daxilində (32 fut) qoşmaq imkanı verir.
Bu cihaz aşağıdakı profilləri dəstəkləyən Bluetooth texnologiyasına 2,1 + EDR
uyğundur: ümumi giriş, səsucaldan, qulaqlıq, obyekt push, fayl ötürülməsi, şəbəkəyə
kommutasiya ilə giriş, seriya portu, SIM girişi, ümumi obyekt mübadiləsi,
təkmilləşdirilmiş audo paylaşma, uzaq audio-video nəzarəti və ümumi audio-video
paylaşması . Bluetooth texnologiyasını dəstəkləyən digər cihazlarla qarşılıqlı əlaqəni
təmin etmək üçün Nokia tərəfindən bu cihaz üçün təsdiq edilmiş aksessuarlardan
Parametlər
29
istifadə edin. Digər qurğuların bu qurğuya uyğun olması və ya olmamasını müəyyən
etmək üçün həmin qurğuların istehsalçıları ilə əlaqə saxlayın.
Bluetooth texnologiyasından istifadə edən funksiyalar batareyadan istifadəni artırır və
batareyanın ömrünü azaldır.
Sizin simsiz cihazınız uzaqdan idarə olunan SİM rejimində olduğu zaman, Siz zəng
etmək, və ya zəngləri qəbul etmək üçün ancaq maşın üçün dəst kimi qoşulu uyğun
aksessuardan istifadə edə bilərsiniz.
Simsiz cihazınız bu rejimdə olarkən onda proqramlaşdırılmış təcili yardım xidməti
nömrələrindən başqa heç bir nömrəyə zəng etməyəcək.
Zəng etmək üçün Siz əvvəlcə kənardan idarə olunan SİM rejimindən çıxmalısınız. Əgər
cihaz kilidlənmişsə, onu açmaq üçün öncə kilid kodunu daxil edin.
Bluetooth bağlantısının açılması
1
Menyu
>
Parametrlər
>
Bağlantı
>
Bluetooth
seçin.
2 Seçin
Telefonumun adı
və cihazınız üçün adı daxil edin.
3 Bluetooth əlaqəsini aktivləşdirmək üçün seçin
Bluetooth
>
Yansın
. göstərir ki,
Bluetooth əlaqəsi aktivdir.
4 Cihazınızı audio aksessuara qoşmaq üçün
Aud. aksessuara qoş
və aksessuarı
seçin.
5 Cihazınızı məsafədə olan istənilən Bluetooth cihazı ilə cütləşdirmək üçün seçin
Cütlənmiş qurğular
>
Yeni qurğu əl. et
.
6 Tapılmış cihaz üzərinə keçin və
Əlavə et
seçin.
7 Cihazınıza parolu daxil edin (16 işarəyə qədər) və digər Bluetooth cihazında
əlaqəyə icazə verin.
Gizli rejimdə telefonun istifadəsi zərərli proqramlardan mühafizə olunmaq üçün ən
etibarlı üsuldur. Etibar etmədiyiniz mənbələrdən Bluetooth əlaqəsini qəbul etməyin.
Digər alternativ – Bluetooth funksiyasını söndürün. Bu, telefonun digər funksiyalarına
təsir etməyəcək.
Kompyuterinizi İnternetə qoşun
Siz uyğun olan kompyuterinizi İnternetə qoşmaq üçün Bluetooth texnologiyasından
istifadə edə bilərsiniz. Cihazınız İnternetə qoşula bilməlidir (şəbəkə xidməti) və
kompyuteriniz Bluetooth texnologiyasını dəstəkləməlidir. Cihazda şəbəkə giriş nöqtəsi
(NAP) xidmətinə qoşulduqda və kompyuteriniz ilə cütləşdikdə cihazınız avtomatik
olaraq İnternet ilə paket məlumatının bağlantısını açır.
30
Parametlər