Rejimlər
Zəng gözləyirsiniz lakin zəng tonunun səslənməsini istəmirsiniz? Profillər adlanan
müxtəlif parametr qrupları var ki, orada siz müxtəlif hadisə və şərait üzrə rinqtonlarını
təyin edə bilərsiniz.
Menyu
>
Parametrlər
>
Profillər
seçin.
İstədiyiniz profili və aşağıdakılardan seçin:
Aktivləşdir — Profili aktivləşdirmək.
Şəxsiləşdir — Profil parametrlərini dəyişmək.
Müddətli — Profili müəyyən vaxt ərzində aktiv olduğu üçün qurmaq. Profil üçün
qurulmuş vaxt bitdiyi zaman əvvəlki profil aktivləşir.
Mövcud seçimlər fərqlənə bilər.
Xəbərdarlıq:
Cihaz uçuş rejimində olduqda siz zəng edə və ya zəngi qəbul edə və ya şəbəkə
əhatəsini tələb edən digər elementləri istifadə edə bilməzsiniz. Zəng etmək üçün siz
həmin profilləri dəyişdirərək əvvəl telefonu işə salmalısınız. Cihaz kilidləndikdə kilid
kodunu daxil edin.
Əgər telefon kilidləndikdə və uçuş rejimində olduqda təcili yardım zəngi vurmaq tələb
olunursa cihazınızın kilid kodu sahəsində proqramlaşdırılmış rəsmi təcili yardım
nömrələrini daxil edə və Zəng funksiyasını seçə bilərsiniz. Cihaz təsdiq edəcək ki, təcili
yardım nömrəsinin yığılması üçün siz Uçuş rejimindən çıxmaq üzrəsiniz.